Təhsil almasan da olar, amma... hərbi xidmətə getməlisən!

Türkmənistan xarici universitetlərdən orduya göndərilmək üçün tələbələri geri qaytarır
Təhsil almasan da olar, amma... hərbi xidmətə getməlisən!

...Necə deyərlər, deyəsən, bunlar da “küyə düşüblər”.

...Beləliklə, Türkmənistan rəsmiləri xaricdə təhsil alan tələbələrə hərbi xidmət üçün vətənə qayıtmaq əmri verib. Amma...halbuki, qanunla bu ölkədə universitet tələbələri xidmətdən azaddırlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Türkmənistanda hərbi yaşda olan bir çox kişi üçün iki ilədək hərbi xidmət məcburidir.

Bununla belə, 18-27 yaş arası kişilərin çoxu hərbi xidmətdən yayınmağa çalışır. Deyilənlərə görə, türkmən ordusunda “dedovşina”dan əlavə, elə də yaxşı olmayan şəraitilə tanınır.

Bəli,.. qanunla bu ölkədə universitet tələbələri xidmətdən azaddırlar. Amma indi türkmən polisi xaricdə təhsil alan tələbələrin evlərinə gələrək, ev sahiblərindən xaricdə təhsil alan övladlarının hərbi xidmətə getmələri üçün Türkmənistana çağırılmalarını tələbedirlər.

...Və hətta onların qayıtmayacaqları təqdirdə, hakimiyyət orqanları xaricdə təhsil alan gənclərin təhsil aldığı ölkədən deportasiyasını tələb edəcəkləri ilə hədələyir.

Tələbələr arasından çağırışçıların qəbulu üzrə səylər payız çağırış mövsümünə düşür.

Hakimiyyət pasportlarını yeniləmək üçün xaricdən Türkmənistana qayıdan tələbələri də hədəfə alır. Ailə üzvlərinin bildirdiyinə görə, tələbələrin bir qismi yerli hərbi komissarlığa aparılaraq məcburi şəkildə orduya cəlb edilib.

Xaricdə təhsil alan yüzlərlə türkmən tələbəsi koronavirus pandemiyası səbəbindən əksər beynəlxalq uçuşların hökumət tərəfindən ləğv edildiyi üçün məhz bu yay evlərinə qayıdıb. Aşqabad öz səfirliklərinə xaricdə yaşayan Türkmənistan vətəndaşlarına yeni pasportların verilməsini qadağan edib.

Qeyd edək ki, Türkmənistanda hərbi xidmətə çağırış mövsümü oktyabrın 1-dən dekabrın 31-dək davam edir.

Yeri gəlmişkən xatırladaq ki,..elə hər yerdə olduğu kimi, Türkmənistanda da hərbi xidmətə çağırılanların çoxu yoxsul ailələrdən olanlardandır.

Qeyd edək ki, bu gün korrupsiyanın tüğyan etdiyi bir ölkədə oğullarını hərbi xidmətdən azad etməyin də müxtəlif yolları var ki, bunlardan da ən “bərkgedəni” rüşvət verməkdir.

Məsələn, övladını hərbi xidmətdən möhlət etmək üçün təxminən 5700 ABŞ dolları ödəməlisən... hərbi xidmətdən birdəfəlik azad etmək üçün isə, deyilənlərə görə, 40 min manat (təxminən 11,5 min dollar) rüşvət vermək lazım gəlir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə