Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb. SİA UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.
Belə ki hücum nəticəsində Kiyevdə inzibati bina yanıb. Bundan sonra daha iki partlayış baş verib.
Məlumatda bildirilir ki, şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb və partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.
Xatırladaq ki, Rusiya bu gün səhər saatlarında Kiyevə İran istehsallı kamikadze dronları ilə hücum edib. Paytaxtdakı bəzi infrastruktur obyektlərə ziyan dəyib. İtki barədə hələ ki, məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB