Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri Avropa İttifaqı ölkələrini və onların beynəlxalq tərəfdaşlarını Rusiya hərbçilərinin Ukrayna ərazisindəki cinayətlərini araşdıracaq və bu cinayətlərə görə məsuliyyət daşıyanların hüquqi məsuliyyətinin əsasını qoyacaq tribunal yaratmağa çağırıblar.
Baltikyanı ölkələrin xarici işlər nazirləri birgə bəyanatda bildiriblər ki, Ukrayna, bəzi Avropa dövlətləri və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ayrı-ayrılıqda aparılan araşdırmalar “Rusiyanın ali siyasi və hərbi rəhbərliyini cavablandırmaq üçün” kifayət etmir.
...Ukrayna ərazisində yaşayış binalarına, məktəblərə və uşaq meydançalarına, eləcə də mülki infrastruktura qarşı qəsdən edilən hücumlar Rusiyanın Ukrayna xalqına qarşı terror kampaniyasının sadəcə bir epizodudur. Avropa İttifaqı dəhşətli cinayətlərə görə məsuliyyət daşıyanların axtarışını təmin etmək üçün hərəkətə keçməlidir.
Qeyd edim ki, SİA bu barədə xarici qaynaqlara istinad edir.
...Rusiya qoşunları Vladimir Putinin göstərişi ilə fevralın 24-də Ukraynaya soxulub. BMT-nin məlumatına görə, oktyabrın əvvəlinə hərbi təcavüz nəticəsində 6000-dən çox ukraynalı mülki şəxs həlak olub ki, onlardan 400-ə yaxını uşaqdır. Hazırda Ukrayna hakimiyyəti Rusiya hərbçilərinə qarşı yüzlərlə cinayət işini araşdırır.
Rusiya isə dinc əhalinin qətlində hər hansı əli olduğunu inkar edir.
...Bu arada Kiyevin meri Vitali Kliçko oktyabrın 17-də səhər saatlarında şəhər kamikadze pilotsuz uçan aparatların hücumuna məruz qaldığını bildirib. Onun dediyinə görə, zərbə bir neçə binaya ziyan vurub. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.
Kliçkonun sözlərinə görə, Kiyevin mərkəzində Şevçenkovski rayonunda bir neçə partlayış baş verib. Zərbə nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib, qeyri-yaşayış binasında yanğın baş verib. Kliçko pilotsuz təyyarələrdən birindən qaldığı iddia edilən təyyarə qalıqlarının fotosunu dərc edib.
O, həmçinin Kiyev vilayətində hava hücumundan müdafiə sisteminin fəaliyyəti haqqında məlumat verir. Şəhər sakinləri sığınacaqlarda qalmağa çağırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB