Güclü fırtına və leysan Yunanıstanın Krit adasında dağıntı törədib. Güclü sel onlarla avtomobili dənizə aparıb. SİA Yunanıstan KİV-lərinə istinadla xəbərinə görə, təbii fəlakət nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Sahil mühafizə xidməti itkin düşənlərin axtarışını davam etdirir. əhaliyə zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Adadakı beynəlxalq aeroport bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB