Almaniyada xəstəxanalar acınacaqlı durumdadır

Almaniyada xəstəxanalar acınacaqlı durumdadır

Almaniyanın səhiyyə naziri Karl Lauterbax ölkədəki xəstəxanaların enerji və inflyasiya böhranı səbəbindən iflas təhlükəsi ilə üzləşdiyini bildirib. SİA xəbər verir ki, Almaniyanın Birinci Televiziya Kanalı ARD-da yayımlanan "Bericht aus Berlin" proqramında verdiyi açıqlamada Lauterbax yaxın aylarda xəstəxanaların maliyyə likvidliyi problemi yaşayacağını və bu problemin həll edilməli olduğunu bildirib.

Karl Lauterbax, xəstəxanalara özəl vəsait ayrılmasına mənfi münasibət bəslədiyini ifadə edərək, "Hər sahə üçün özəl fondlar yarada bilmərik" dedi.

Alman Xəstəxanalar Birliyi tərəfindən sentyabrın ortalarında açıqlanan araşdırmada, enerji qiymətlərinin həddindən artıq artması və xəstəxanaların davam etməsini qeyri-mümkün edən yüksək inflyasiya səbəbiylə ölkədəki xəstəxanaların yüzdə 40-nın iflas ərəfəsində olduğu ifadə edilib. Dərnəyin prezidenti Gerald Gass da klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanmalı ola biləcəyini bildirib və vəziyyətin gələn il daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə