ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən analiz edərkən “sistemli” hərəkət etmək qərarına gəlib. SİA xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun gələn aydan etibarən neft hasilatını azaltmaq qərarına gəlməsindən sonra Səudiyyə Ərəbistanı ilə ABŞ arasında gərginlik artıb.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən qiymətləndirdiyini və Baydenin bu mövzuda “sistemli” hərəkət edəcəyini bildirib. ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində yaxın gələcəkdə hər hansı bir dəyişikliyin gözlənilmədiyini bildirən Sullivan, “Ona görə də prezident tələsik hərəkət etməyəcək. O, sistemli, strateji şəkildə hərəkət edəcək və hər iki partiyanın üzvləri ilə məsləhətləşmələrə vaxt ayıracaq”-deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB