OPEC+ böhranı davam edir...

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman, OPEC+ qrupunun qərarının sırf iqtisadi səbəblərdən alınmasına təəccübləndiklərini və Səudiyyə Ərəbistanının bu qərara görə Ukraynaya qarşı Rusiyanın tərəfində olmaqda ittiham edildiyini bildirib. SİA xəbər verir ki, müdafiə naziri Bin Salman "tvitter" hesabından verdiyi açıqlamada, "Səudiyyə Ərəbistanının Ukrayna-Rusiya müharibəsində Moskvanın tərəfini tutmaqda ittiham edilməsi bizi təəccübləndirdi. Qeyd etmək lazımdır ki, bu əsassız ittihamlar Ukrayna hökumətindən gəlməyib. OPEC+ qrupunun qərarı sırf iqtisadi səbəblərə görə verilsə də, onların bəziləri Səudiyyə Ərəbistanındadır. Rusiyanın tərəfində olmaqda ittiham edib” ifadələrindən istifadə edib.

Şahzadə Bin Salman açıqlamasında həmçinin deyib: “İran da OPEK-in üzvüdür, bu o deməkdir ki, Səudiyyə Ərəbistanı da İranın tərəfində olub?

Qeyd edək ki, OPEC və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən iclasda gündəlik neft hasilatının noyabr ayı etibarilə 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər. Bu qərardan sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi oktyabrın 11-də ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirdiyinə dair açıqlamalar verib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də oktyabrın 14-də OPEC+ qrupunun qərarından sonra onlara qarşı irəli sürülən ittihamları tamamilə rədd etdiklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə