Meksikada daha bir atışma dəhşəti yaşanıb. SİA xəbər verir ki, Guanajuato ştatının İrapuato şəhərində “La Texana” adlı bara silahlı şəxslər gecə saatlarında hücum ediblər. Hücum nəticəsində 12 nəfərin həyatını itirdiyi, 3 nəfərin yaralandığı bildirilib.
Hadisə şahidləri bildiriblər ki, xizək maskalı bir neçə şəxs bara gələrək içəridəki insanlara avtomat silahlardan atəş açıb. Hücum zamanı bəzi müştərilər barın arxa qapısından qaça bilsələr də, yaralıların cəsədlər arasında gizlənərək sağ qaldığı bildirilir. Guanajuato Əyalət Baş Prokurorluğundan verilən açıqlamada, hücumla bağlı istintaq başladıldığı və hadisə yerində araşdırmaların aparıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB