6 nəfəri öldürən silsilə qatil şübhəlisi növbəti cinayətini törətməmiş yaxalanıb. SİA xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında silahla 6 nəfəri öldürməkdə, 1 qadını yaralamaqda şübhəli bilinən serial qatil şübhəlisinin polis tərəfindən yaxalandığı bildirilib.
Stockton polis rəisi Stanley McFadden verdiyi açıqlamada, izlənilən ipucları əsnasında 43 yaşlı şübhəli Uesli Braunlinin yerli vaxtla saat 2:00 radələrində Mərkəzi Vadi bölgəsində avtomobilində silahla silahlanmış vəziyyətdə tutulduğunu söyləyib. Şübhəli Braunlinin yeni qurbanı axtararkən tutulduğunu ifadə edən McFadden, "Müşahidə qrupumuz bu şəxsi maşın sürərkən izləyib. Onu sonadək izlədik və bu səhər tezdən onun öldürmə missiyasında olduğunu təyin etdik. Biz daha bir qətli dayandırdığımıza əminik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB