Moldova polisi Kişinyovda müxalifətin etiraz aksiyasının təşkilatçılarını asayişi və ilkin razılaşmaları pozmaqda ittiham edib. Polis aydınlaşdırıb ki, aksiya iştirakçıları arasında sərxoş vəziyyətdə olan, yanında təhlükəli küt və kəsici-deşici əşyalar olan şəxslər də olub. SİA bu barədə rus saytlarına istinad edir.
Bundan əlavə, polisin məlumatına görə, nümayişi təşkil edən “Şor” partiyasının nümayəndələri onun yerini dəyişdirmək tələbinə tabe olmayıblar.
Daha əvvəl bildirilib ki, etirazçılar Kişinyovun mərkəzində yeni çadırlar qurublar - bu, şəhərin mərkəzi prospektini bağlamaq üçün ilk cəhd deyil. Keçən bazar günü çadırlar bütün gecəni dayanıb, səhər isə polis onları yığışdırıb.
Bu arada Moldova polisi kütləvi aksiya zamanı Kişinyovun əsas küçəsi olan Böyük Stefan Bulvarında nəqliyyatın hərəkətini kəsən etirazçıları dağıtmağa başlayıb.
Xatırladaq ki, nümayişçilər ölkə rəhbərliyinin istefasını tələb edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB