Ukrayna ilə sərhəddə gərginlikdir..?

Ukrayna ilə sərhəddə gərginlikdir..?

Belarus hakimiyyəti Ukrayna ilə sərhədi qorumaq üçün genişləndirilmiş sərhəd dəstələri və ərazi sərhəd xidməti orqanlarının mobil qruplarını yerləşdirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski məlumat verib.

Onun sözlərinə görə, bu cür tədbirlərin həyata keçirilməsini bizə Ukrayna tərəfində kəşfiyyat fəallığının artması diktə edir. Bıçkovski Ukrayna hərbçilərinin Belarusla sərhəd yaxınlığında müxtəlif təlimlərin keçirildiyini, eyni zamanda Belarus ərazisinin kəşfiyyatının aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andriy Demçenko bir müddət əvvəl Belarusla sərhəddə vəziyyətin çətin olduğunu, lakin nəzarət altında olduğunu bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə