“Ər-Riyad Moskvanın tərəfində deyil...”

“Ər-Riyad Moskvanın tərəfində deyil...”

...Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud bazar günü Ər-Riyadın neft hasilatını azaltmaq qərarında Moskvanın tərəfində olması ilə bağlı iddiaları rədd edib.

“Krallığın Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfini tutmaqda ittiham olunmasına təəccüblənirik. Qeyd etmək lazımdır ki, bu saxta ittihamlar Ukrayna hökumətindən gəlməyib. OPEK-in yekdil qərarı sırf iqtisadi xarakter daşısa da, bəziləri krallığı Rusiyanın tərəfində olmaqda ittiham edib. İran da OPEK-in üzvüdür, bu, krallığın da İranın tərəfini tutması anlamına gəlirmi?"

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ərəbistanlı nazir öz “Twitter” səhifəsində yazıb.

...OPEC+ sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən təkbətək görüşdə neft hasilatını noyabr ayından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Güman edilir ki, Rusiya və Səudiyyə Ərəbistanı avqust ayı ilə müqayisədə gündəlik neft hasilatını 526 min barel azaldaraq 10,478 milyon barel/günə endirə biləcəklər. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 41,856 milyon barel təşkil edəcək.

Ağ Ev bildirib ki, OPEC+ neft hasilatını azaltmaq qərarı Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə uyğunlaşdırdığını nümayiş etdirir.

Rusiya prezidenti Vladimir Putin isə OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarının qlobal bazarı tarazlaşdırmaq məqsədi daşıdığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə