İsrail Qərbdən nümunə götürərək Ukraynaya hərbi yardım göstərməlidir.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin diasporla iş üzrə naziri Naxman Şai bildirib.
Nazir bu fikrə Amerikanın “The Washington Post” qəzetindəki məqaləni oxuduqdan sonra gəlib. Nəşr adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, ABŞ və onun müttəfiqləri “İranın Rusiyanı ballistik raketlərin partiyası ilə təmin edə biləcəyinə inanırıblar”.
Naxman Şai bildirib ki, “İsrailin bu münaqişədə hansı tərəfi tutacağına artıq heç bir şübhə yoxdur”.
Onun sözlərinə görə, “Ukraynanın ABŞ və NATO-nun ona ayırdığı hərbi yardımı İsraildən alması”nın vaxtı çatıb.
Halbuki indi bitərəf qalan İsrail, Ukraynaya yalnız humanitar və tibbi yardım göstərir.
Qeyd edək ki, bir müddət bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Rusiyaya silah-filan satmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB