Bayden hələ də...tərəddüd edir?

Bayden hələ də...tərəddüd edir?

ABŞ prezidenti Cozef Baydenin OPEC+ çərçivəsində Rusiya ilə neft hasilatını azaltmaq qərarına görə krallığa qarşı sərt tədbirlər görəcəyi təqdirdə Səudiyyə Ərəbistanı ilə münasibətləri pisləşdirəcəyi istisna edilmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə köşə yazarı Endryu Enqland “Financial Times”-da çıxış edib.

Məqalə müəllifi, hazırda Baydenin Ər-Riyaddan neft hasilatının azaldılmasına Vaşinqtonun reaksiyası barədə düşündüyünü bildirir. Enqlandın fikrincə, əgər ABŞ prezidenti sərt tədbirlər görsə, o zaman onun manevr üçün imkanları məhdud olacaq.

Qeyd edək ki, oktyabrın 5-də OPEC+ bu ilin noyabrından neft hasilatını kəskin şəkildə azaltmaq qərarına gəlib. Ölkələr hasilatı avqustda təsdiq edilmiş kvotalardan gündə iki milyon barel azaltmalı olacaq. Bu xəbərlər fonunda Bayden, Rusiya və Səudiyyə Ərəbistanını ABŞ-da benzinin qiymətini artırmaqda ittiham edib.

Daha sonra OPEC+-ın qərarı ilə əlaqədar ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes Vaşinqtonun Ər-Riyada silah satışını dayandırmalı olduğunu vurğulayıb. Bayden daha sonra Səudiyyə Ərəbistanına neft hasilatının azaldılması üçün "bəzi nəticələr" vəd edib.\

...Amerika hakimiyyəti Ər-Riyadla hərbi sənaye sahəsində əməkdaşlığı birdən-birə dayandıra bilməz, çünki krallıq Vaşinqton üçün Yaxın Şərqdə güc balansının qorunmasında və İrana qarşı tarazlıqda əsas rol oynayır.

Qeyd edim ki, bunu da “Financial Times” yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə