Ölənlər arasında səfərbər edilmiş Bryansklı yoxdur

Ölənlər arasında səfərbər edilmiş Bryansklı yoxdur

Belqorod vilayətində poliqonda törədilən terror aktı nəticəsində ölənlər arasında Bryansk vilayətinin səfərbər edilmiş sakinləri olmayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə qubernator Aleksandr Boqomaz Telegram kanalında məlumat verib.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV Belqorod yaxınlığındakı poliqonda ölənlər arasında Bryansk vilayətindən səfərbər olunanların olduğunu bildirirdi.

Boqomaz xatırladıb ki, qeyri-rəsmi mənbələrdə yer alan bütün məlumatlar, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən diqqətlə yoxlanılmasını tələb edir.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi MDB ölkələrindən birinin iki vətəndaşının Belqorod vilayətindəki poliqonda terror aktı törətməsi barədə məlumat yayıb. Məlum olduğu kimi,.. nəticədə 11 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə