Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında NATO-nun Ukraynaya dəstəyinin Rusiyanın daxili “iqtisadi və digər” səfərbərliyini tələb etdiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, proqramdan bir parça Vesti Telegram kanalında da yayımlanıb.
Beləliklə, Peskov, de-fakto NATO-nun artıq Ukrayna münaqişəsinə girdiyini, lakin bunun heç bir halda Rusiyanın xüsusi əməliyyatla bağlı məqsədlərinə təsir etmədiyini və onu başa çatdıracağını bildirib.
Maraqlıdır ki, jurnalistin Rusiya üçün nə qədər çətin olduğunu soruşduqda, Peskov etiraf edib: “bizim üşün xeyli dərəcədə çətindir”. “…Bu, yəqin ki, bizim daxili iqtisadi və digər səfərbərliyimizi tələb edir. Bir şey Kiyev rejimidir, digəri isə NATO-nun potensialıdır”, - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Peskov həmçinin Rusiyanın potensialının bu şərtlər altında əməliyyatın davam etdirilməsinə imkan verdiyini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB