Rusiya Federasiyasının Ukraynada nüvə silahından istifadə etməsi halında ABŞ-ın cavabı onun taktiki və ya daha geniş miqyasda istifadə olunmasından asılı olmayacaq.
SİA TASS-ın məlumatına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan vurğulayıb.
Onun fikrincə, Vaşinqton bu halda “qradasiya” etmək fikrində deyil.
Onun sözlərinə görə, ABŞ hazırda nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı Rusiyaya aydın və inandırıcı mesaj göndərməyə çalışır.
Qeyd edək ki, bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib ki, “heç kim” nüvə fəlakəti istəmir.
Ağ Ev isə Vaşinqtonun Moskvanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət görmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB