Norveçdə pilotsuz təyyarə idarə edən rusiyalı tutulub

Norveçdə pilotsuz təyyarə idarə edən rusiyalı tutulub

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin səkkizinci ayında Norveçdə Rusiya vətəndaşı pilotsuz təyyarə idarə etdiyinə görə həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Washington Post” xəbər verir.

Nəşrin məlumatına görə, Norveç polisi Norveçin şimalında Tromso hava limanı üzərində pilotsuz uçan aparat buraxan rusiyalını həbs edib.

Həbs zamanı rusiyalıdan foto avadanlıqları, dron və yaddaş kartları götürülüb. Avadanlıqları yoxlayarkən onlar Kirkenes hava limanının (Rusiya ilə sərhədə yaxın şəhər) və Norveç hərbi helikopterinin fotoşəkillərini tapıblar.

Qeyd edək ki, hələ 2022-ci ilin fevralında Norveç Mülki Aviasiya İdarəsi Rusiya vətəndaşlarına Norveçdə təyyarə və pilotsuz cihazların uçmasını qadağan edib.

Qanun həmçinin Rusiyada qeydiyyatdan keçmiş və istismar edilən təyyarələrin Norveç üzərində eniş, havaya qalxması və ya uçmasını qadağan edir.

Xatırladaq ki, 2022-ci il sentyabrın sonu və oktyabrın əvvəllərindən başlayaraq Norveçin dəniz neft və qaz platformaları yaxınlığında çoxsaylı pilotsuz uçuş aparatları müşahidə edilməkdədir.

Deyilənlərə görə, Rusiya qaz kəmərlərində baş verən partlayışlardan sonra əsas enerji infrastrukturunun təhlükəsizliyi gücləndirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə