"ABŞ İrandakı etirazları “aqressiv” şəkildə dəstəkləyir"

"ABŞ İrandakı etirazları “aqressiv” şəkildə dəstəkləyir"

ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan ABŞ-ın İrandakı etirazçılara dəstək vermək üçün “aqressiv addımlar” atdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” CNN telekanalına istinadən xəbər verir.

“...Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq”. Bunu Sullivan deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden İrandakı etirazların hələ uzun müddət davam edəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası onların iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinə qarşıdır.

Qeyd edək ki, İranda sentyabr ayında “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra infarktdan öldüyü iddia edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra qadınların küçələrə çıxması ilə kütləvi etirazlar başlayıb.

Şahidlər əmindirlər ki, Əmini boş hicaba görə polis zorakılığına məruz qoyub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə