...İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bazar günü Portuqaliyanın müdafiə naziri ilə telefon danışığında İranın heç bir ölkəyə Ukrayna müharibəsində istifadə oluna biləcək silahları vermədiyini və verməyəcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazirin sözlərini CNN yayıb.
Qeyd edək ki, bundan bir qədər əvvəl Amerika və Kiyev kəşfiyyatı Rusiya tərəfinin Ukrayna ərazilərinə hücum etmək üçün İranın kamikadze dronlarından istifadə etdiyini bildirmişdi.
Maraqlıdır ki, Əmir-Abdollahian, əslində, İranın neytrallığını elan etmək istəyir.
“...Biz hesab edirik ki, hər iki tərəfi silahlandırmaq müharibəni yalnız uzadacaq və ona görə də biz nə Ukraynada, nə Əfqanıstanda, nə Suriyada, nə də Yəməndə müharibələrin aparılmasını düzgün hesab etmirik”.
Bunları İranlı nazir bildirib.
...İstər hərbi idarələr, istərsə də dünya mediası dəfələrlə İranın Rusiyanı pilotsuz döyüş təyyarələri ilə təchiz etdiyi barədə məlumatlar yayıblar. Onların xüsusi markaları da (“Şahed-136”) və Rusiyanın İrandan sifariş etdiyi pilotsuz təyyarələrin təxmini sayını da (2400) gğstəriblər, amma...
Xatırladaq ki, avqustun sonunda “The Washington Post” qəzeti İranın ilk pilotsuz uçuş aparatlarının Ukrayna ilə müharibə zamanı istifadə üçün Rusiyaya verdiyi barədə yazmışdı.
Qeyd edək ki, sentyabrda Odessa və Odessa vilayətində “Şahed-136”ların vurduğu zərbələr qeydə alınmışdı. Sonradan, oktyabrın 15-də Zaporojye vilayətinin rəhbəri Aleksandr Starux də İranın “Şahed-136” kamikadze pilotsuz təyyarələri tərəfindən Zaporojyeyə dörd zərbə endirildiyini bildirmişdi.
Yenə də, amma... həm İran, həm də Rusiya “daş atıb başlarını tuturlar”, yəni pilotsuz təyyarələrin tədarükünü rədd ediblər.
...Bu arada Amerika Müharibənin Tədqiqi İnstitutu Rusiyanın İran istehsalı olan “Arash-2” pilotsuz təyyarələrinin də tədarükü üçün yeni müqavilə imzalamaq ehtimalını da irəli sürüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB