Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkinin (Strelkov) tutulması üçün 100 min dollar təklif edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RT xəbər verir.
Bildirilib ki, 2014-cü ildə Donbass uğrunda döyüşən Strelkov yenidən cəbhəyə gedib.
Bir müddət əvvəl Ukraynada Qirkinin cəbhəyə göndərilməsi xəbəri yayıldıqdan sonra onun ələ keçirilməsi üçün 10 min dollar mükafat elan edilmişdi.
Belə bir mükafatı “Sağ sektor”un (Rusiyada qadağan olunmuş təşkilat) Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenko açıqlayıb. O, qeyd edib ki, mükafata şəxsi vəsaitindən pul ayırıb və onu Qirkini əsir götürəcək şəxsə verəcək
Xatırladaq ki, oktyabrın 15-də Qirkinin həyat yoldaşı Miroslava Reginskaya onun cəbhəyə getməsi ilə bağlı hərbi müxbirlərin xəbərlərini şərh edib. Və tarla formasında əri ilə fotosunu yayımlayıb.
Qeyd edək ki, Strelkovun özü isə hələ oktyabrın 10-dan bəri Telegram kanalında “görünməyib”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB