Belarusdakı qoşunlar qrupunda Rusiya hərbçilərinin ümumi sayı təxminən 9 min nəfər olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” bu barədə öz Telegram kanalında respublikanın Müdafiə Nazirliyinə istinadən yazır.
Qeyd edək ki, Müdafiə Nazirliyindən regional qoşunlar qrupunun aviasiya komponentinin də Belarusa gəlməyə başladığı barədə bildiriblər.
Xatırladaq ki, daha əvvəl Belarus Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti respublikaya gələn Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçilərinin “çörək və duzla qarşılandığını” bildirmişdi.
Onu da xatırladaq ki, qoşunların regional qrupunun yaradılması qərarı İttifaq dövlətinin dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədilə qəbul edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB