Çin lideri Rusiya və Qərblə münasibətlərə son qoyur?

Çin lideri Rusiya və Qərblə münasibətlərə son qoyur?

Çin bundan sonra da müstəqil xarici siyasət yürüdəcək və Şərqdə öz təsirini gücləndirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çin lideri Si Cinpin deyib.

“Beynəlxalq mənzərədə köklü dəyişikliklə üzləşərək biz güclü strateji qətiyyətimizi qoruyub saxladıq və döyüş ruhu nümayiş etdirdik. Bütün bu səylər ərzində biz Çinin ləyaqətini və əsas maraqlarını qoruduq, inkişaf və təhlükəsizlik üçün yaxşı fürsət saxladıq”.

Qeyd edək ki, “Bloomberg” bunu Si Cinpinqdən sitat gətirib.

Hələ 2017-ci ildə keçirilən konqresdə Çin rəhbəri Çin dövlətinin siyasətinin ən sakit və ehtiyatlı davranış strategiyasından ibarət olduğu keçmiş lider Den Syaopinin dövründən fərqli olaraq, Çinin Şərqdə möhkəm və sarsılmaz dayanacağını bəyan edib.

Qeyd edək ki, bu gün Şərqdə aydın siyasəti Rusiya ilə strateji tərəfdaşlıq təsdiqləyir və Tayvana münasibət Çin liderini Qərbə qarşı qoyur.

...Bundan əvvəl Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin nə olursa olsun, müttəfiq olaraq qalacağı bildirilirdi.

RT xəbər verir ki, Si həmçinin Tayvanda separatizm cəhdlərinə qarşı olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə