Ermənistan Türkiyəyə başsağlığı verib

Ermənistan Türkiyəyə başsağlığı verib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin şimalında mədəndə baş verən partlayışla bağlı başsağlığı verib.

“Bartında kömür mədənində baş vermiş qəza zamanı yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Yaralılar tez sağalsın”.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Mirzoyan bunu Twitter mikrobloqunda yazıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana Türkiyədə mədəndə baş vermiş partlayışla bağlı başsağlığına görə təşəkkür edib.

Çavuşoğlu Mirzoyanın dünənki tvitinə cavab olaraq "Səmimi başsağlığınız üçün nazirə təşəkkür edirəm" deyə bildirib. Qeyd edək ki, cümə günü gecə Türkiyənin şimalındakı Bartın vilayətində mina partlaması nəticəsində 41 nəfər həlak olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə