Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən Almaniyanın "Bavariya" klubunun prezidenti seçilib.

SİA-nın Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı funksioner seçkidə böyük səs çoxluğu ilə qalib gəlib.

Qeyd edək ki, Herbert Hayner 2019-cu ildən ölkə çempionuna rəhbərlik edir. O, bu postda Üli Hönessi əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə