ABŞ prezidenti Cozef Baydenin Ukrayna ilə bağlı strategiyası Rusiya ilə nüvə münaqişəsinə gətirib çıxara bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “19fortyfive” agentliyi yazıb.
...Kontekstdən belə görünür ki, Baydenin “nə qədər lazımdır” andı Rusiyanın bütün ərazilərdən qovulması ilə müəyyən edilən Ukrayna qalib gələnə qədər ABŞ-ın Ukraynanı dəstəkləyəcəyi anlamına gəlir və bu,.. Amerikanın strateji problemidir.
İndiki liderlərimizin çoxu başa düşmürlər ki, son bir neçə onillikdə bütün hərbi rəqiblərimizdən fərqli olaraq, Rusiyanın nüvə silahına malik olması rusların onlardan istifadə edə bilməsi deməkdir və bu, ABŞ-ı sözün əsl mənasında yer üzündən silə bilər.
Maraqlıdır ki, yeri gəlmişkən bunu “19fortyfive” agentliyi yazır ki, ABŞ Konstitusiyası prezidenti yalnız öz xalqı üçün təhlükəsizlik məsələləri ilə məşğul olmağa məcbur edir.
“...Gəlin nəyin aşkar olması lazım olduğuna aydınlıq gətirək: Rusiya ilə Ukrayna arasındakı münaqişədə bir NATO və ya Amerika şəhərinin nüvə partlayışı nəticəsində itirilməsinə dəyər heç nə yoxdur”. Agentlik yazır bunu.
Qeyd edək ki, bir müddət bundan əvvəl amerikalı jurnalistlər nüvə müharibəsi baş verəcəyi təqdirdə Ağ Evin Raven Rok dağ kompleksində fəaliyyətini davam etdirəcəyini bildirmişdilər.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq də alyansın nüvə silahından istifadə edəcəyi şərtlərdən son dərəcə uzaq olduğunu bildirmişdi. Bundan əlavə, o, həmçinin Rusiyanı nüvə silahından istifadə edəcəyi təqdirdə onu “ciddi nəticələrlə” hədələyib.
Bunu isə Federal Xəbər Agentliyi yazmışd
P.S. Raven Rok dağ kompleksi, həm də “Sayt R” olaraq da tanınır. Pensilvaniya ştatının Blue Ridge zirvəsi yaxınlığında yeraltı nüvə bunkeri olan Raven Rok “yeraltı Pentaqon” kimi də təqdim edilir. Deyilənlərə görə, bura nüvə bunkeri olan ABŞ hərbi bazasıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB