Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumları davam edərkən, paytaxtda elektrik enerjisi qıtlığı yaşanır. SİA xəbər verir ki, Rusiya Kiyevdəki elektrik infrastrukturlarını hədəfə alarkən, hücumlar nəticəsində enerjiyə qənaət edilməsi çağırışları olub.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba Rusiya qüvvələrinin səhər saatlarında Kiyev bölgəsindəki enerji infrastrukturunu hədəfə aldığını və itkilərin olmadığını bildirib. Hücumun enerji infrastrukturu üçün ciddi nəticələri olduğunu dilə gətirən Kuleba Kiyev xalqını enerjiyə qənaət etməyə çağırıb.
Kuleba bunları deyib: "Bu gün bütün sakinləri saat 17.00-dan axşam 23.00-a qədər elektrik enerjisindən istifadəni məhdudlaşdırmağa çağırıram. Bu, hamımıza bu çətinliklərdən daha az nəzərə çarpacaq şəkildə keçməyə imkan verəcək. Amma bu tövsiyələrə əməl etməsək, fəsadlarla üzləşəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB