Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Ukraynadakı müharibə ilə bağlı telefon danışığı aparıb. SİA xəbər verir ki, Türkiyə XİN-dən verilən məlumata görə, görüşdə Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə olunub.
Ukrayna xarici işlər naziri Kuleba da Bartında mədən karxanasında baş verən partlayışda həyatını itirənlərə başsağlığı verib. Digər tərəfdən nazir Çavuşoğlu İngiltərə, Fransa, İspaniya, Hollandiya, Yunanıstan, İsveç və Polşa başda olmaqla bir çox Avropa ölkəsinin xarici işlər nazirlərinin "tvitter"də göndərdiyi başsağlığı və həmrəylik mesajlarına cavab verərək həmkarlarına (Azərbaycan, Gürcüstan və Maldiv adalarına) təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB