Pakistanın xarici işlər naziri Biləval Bhutto Zərdari ABŞ prezidenti Co Baydenin Pakistanın istənilən uyğun gəlməyən nüvə silahı ilə dünyanın ən təhlükəli ölkələrindən biri ola biləcəyini deməsindən sonra ABŞ səfiri Donald Blomu çağırıb. SİA xəbər verir ki, ABŞ prezidenti Co Bayden noyabrın 8-də Konqresə aralıq seçkiləri öncəsi Kaliforniyada çıxış edib. O, çıxışında Pakistanı "uyğun olmayan nüvə silahlarına malik dünyanın ən təhlükəli ölkələrindən biri" olaraq xarakterizə edib və "Pakistan dünyanın ən təhlükəli ölkələrindən biridir. Onların bir-birinə uyğun gəlməyən nüvə silahları var" deyib.
Baydenin açıqlamalarından sonra Pakistanın xarici işlər naziri Biləval Bhutto Zərdari Pakistanın nüvə aktivlərinin MAQATE-yə (Beynəlxalq Atom Enerjisi Agentliyi) uyğun olaraq təhlükəsizliklə bağlı hər bir beynəlxalq standartlara cavab verdiyini deyib: “Pakistan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Bu yaxınlarda təsadüfən Pakistan torpağına raketlər buraxan Hindistanın nüvə silahları barədə soruşulmalıdır. Bu, nəinki məsuliyyətsiz və təhlükəlidir, həm də nüvə potensialına malik olan ölkələrin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır. Baydenin açıqlamaları sürpriz oldu. Mən bu cür anlaşılmazlıqların əlaqənin olmamasından qaynaqlandığına inanıram. Biz ABŞ ilə münasibətlərimizin düzgün istiqamətdə davam etməsini təmin edəcəyik”.
Pakistanın baş naziri Şahbaz Şərif Baydenin açıqlamalarından sonra sosial media hesabından açıqlama yayıb: "Pakistanın baş naziri olaraq mən bilirəm ki, ətrafdakı müharibələrdə iştirak edən ABŞ-dan fərqli olaraq biz ən təhlükəsiz nüvə komanda və nəzarət sistemlərindən birinə sahibik. Pakistan nə vaxt təcavüzkarlıq nümayiş etdirdi, xüsusən də nüvələşmədə?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB