Başqırdıstan sakini 40 min cərimə ilə "yaxşı qurtarb"..?

Başqırdıstan sakini 40 min cərimə ilə "yaxşı qurtarb"..?

...Başqırdıstanda yerli sakini polis həbs edib. O, polisə tabe olmama maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsinin 1-ci hissəsi) ittiham olunub.

Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli sakin “fəvvarənin yanında, ictimai yerdə səfərbərlik əleyhinə sözlər yazılmış təxribat xarakterli plakatla dayanıb”.

O, şəxsiyyətini təsdiq edən sənədlərini polisə təqdim etməkdən imtina edib. Məhz buna görədə yerli sakin məsuliyyətə cəlb edilib.

Beləliklə, Rusiya ordusunu “diskreditasiya” maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi) saxlanılan başqırdstsnlı sakin 40 min rubl məbləğində cərimələnib. Məhkəmə qərarında qeyd olunur ki, o, təqsirini tam etiraf edib və “hərbi əməliyyatlara qarşı olduğunu izah edib”.

Bu arada “Mediazona” xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan indiyədək məhkəmələrə Rusiya ordusunun “diskreditasiyası” ilə bağlı 4644 protokol daxil olub (İnzibati Xətalar Məcəlləsinin 20.3.3).

Rayon məhkəmələrində 4642 iş, hərbi məhkəmələrdə isə daha iki iş var. İyun ayına qədər hadisələrin sayı həftədə yüzə düşməyə başlamışdı, lakin səfərbərlik elan edildikdən sonra ilk iki həftədə yenidən artıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə