“Rusların əmlakı pula çevribib, Ukraynaya verilsin!”

“Rusların əmlakı pula çevribib, Ukraynaya verilsin!”

Çexiyanın maliyyə naziri Zbınek Stanyura, ölkəsinin Qərbin müzakirə etdiyi Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən və sanksiyalara məruz qalan Rusiya Federasiyası vətəndaşlarından Ukraynaya vəsait köçürmək variantını dəstəklədiyini bildirib.

SİA TASS-a istinadən xəbər verir ki, Stanyuranın sözlərinə görə, bu vəsait Ukraynanın bərpasına sərf oluna bilər.

Nazir qeyd edib ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi imkanının müzakirəsi bir neçə ay davam edə bilər. Onun sözlərinə görə, bu variantdan imtina edilə bilər.

“Çox yaxşı olardı ki, sanksiyalar tətbiq edən ölkələr Rusiya əmlakını pula çevirib, Ukraynanın bərpasına göndərə bilsinlər”, - deyə nazir bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə