"...Şəhidlik statusuna aid imtiyazlardan bəhrələnəcəklər"

Türkiyədə mədən qəzasında həyatını itirənlərin ailələrinin sosial rifahı üçün əsaslı tədbirlər görüləcək
"...Şəhidlik statusuna aid imtiyazlardan bəhrələnəcəklər"

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədəndə həyatını itirənlərin ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mədən qəzasında həyatını itirənlərin ailələri şəhidlik statusuna aid imtiyazlardan bəhrələnəcəklər. Bundan başqa, ilkin mərhələdə hər bir şəhidin ailəsinə birdəfəlik maddi yardım göstəriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qəzaya səbəb olanların məsuliyyətə cəlb edilməsi üçün aparılan araşdırılma ədalətli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, cənazələr ailələrinə verilib, dəfn mərasimləri təşkil olunub. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla dövlət və hökumət nümayəndələri, eləcə də yerli hakimiyyət orqanlarının rəhbərləri, geniş ictimaiyyət dəfn mərasimlərində iştirak edib.

Türkiyə dövlətinin başçısı xəstəxanalarda müalicə olunan mədənçiləri də ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə