Şolz Avropa İttifaqını genişləndirməyə çağırıb

Şolz Avropa İttifaqını genişləndirməyə çağırıb

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının genişlənməsinə çağırıb.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şolz Avropa Sosialistlər Partiyasının qurultayında belə bir müraciətlə çıxış edib.
Şolzun ​​fikrincə, 27, 30 və ya 36 dövlətdən ibarət olan və tərkibində 500 milyon azad və bərabərhüquqlu vətəndaşın yaşadığı Avropa Birliyi dünyada öz təsirini daha da gücləndirə biləcək.
“Mən Avropa İttifaqının genişlənməsi ideyasını dəstəkləyirəm. Avropa İttifaqının şərqə doğru böyüməsini davam etdirməsi bizim hamımız üçün uduşdur”. Bundan əlavə, Şolz xarici siyasətdə və digər sahələrdə, xüsusən də vergi sahəsində qərarların qəbulunda yekdillik prinsipinin mərhələli şəkildə ləğv edilməsinin zəruriliyini bəyan edib.

“...Mən bilirəm ki, biz hamını inandırmaq üçün çox səy göstərməliyik, amma bunu da açıqlayıram: əgər bizim məqsədimiz geosiyasi Avropadırsa, o zaman çoxluğun qərarları suverenliyi itirmək deyil, əldə etməkdir”.

Deyə Şolz bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə