ABŞ və Avropa İttifaqı arasında Kiyevə maliyyə dəstəyi ilə bağlı mübahisələrə görə gərginlik artır.
SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə, guya bu barədə “Washington Post” yazır.
“Amerika hakimiyyəti Kiyevə maliyyə dəstəyini artırmaq üçün Avropa İttifaqına təzyiqləri artırır”.
Rus nəşrinin yazdığına görə, bunu amerika nəşri yazır.
Belə ki, ABŞ-ın maliyyə naziri Janet Yellen bu həftə bir neçə dəfə avropalıları Ukrayna siyasətçilərinə pul göndərməyi “sürətləndirməyə və artırmağa” çağırıb. Onun dediyinə görə, pul vacib dövlət xidmətlərinin göstərilməsi və tikinti və bərpa üçün gedəcək.
Lakin Avropa Komissiyasının sözçüsü Neyts Verle Yellenlə razılaşmır. O bildirib ki, Avropa İttifaqı Ukraynaya uzunmüddətli perspektivdə kömək edəcək, lakin yarışlar və gözəllik müsabiqələri təşkil etmək fikrində deyil(?).
Nəticədə, guya Brüsseldən maliyyə gecikmələri səbəbindən ABŞ-da “məyusluq artır”.
Rus saytlarının məlumatına görə, Çin qəzeti Avropa İttifaqı ölkələrinin Amerikanın iqtisadi siyasətindən narahat olduğunu yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB