Ukrayna Silahlı Qüvvələrinin (AFU) Xerson vilayətində hücumu uğursuz oldu, onların bütün cəhdləri Rusiya hərbçiləri tərəfindən tamamilə dəf edildi. Bu barədə vilayət qubernatorunun müavini vəzifəsini icra edən Kirill Stremousov özünün Telegram kanalında məlumat verib (...əgər Stremousov deyirsə, buna inanmaq olar?-A.B.) .
O, Ukraynanın hücumunun Xerson yaxınlığında Berislav istiqamətində dəf edildiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin zirehli texnika və yolsuzluq avtomobillərindəki mobil qrupları dayaq məntəqələri arasından keçərək Dudçanı-Melovoye yolunu kəsmək niyyətində olub. SİA bu barədə rus saytlarına istinad edir.
“...Nasistlərin və muzdluların irəliləyən zirehli dəstələri üzərində artilleriya və minaatanlar işə başlayıb. Ordunun aviasiya helikopterləri köməyə gəlib və idarə olunan raketlərlə bir neçə texnikanı məhv edib”.
Qeyd edək ki, bunu Stremousov bildirib.
Daha sonra düşmənin mobil bölmələri qumbaraatanlardan atəşə tutulub”, - deyə o əlavə edib.
Oktyabrın 15-də Stremousov Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində aktiv hücuma keçdiyini bəyan edib. O xatırladıb ki, avqustun 28-də Ukrayna Silahlı Qüvvələrinin Posad-Pokrovski bölgəsində də əks-hücum cəhdi olub, lakin bu, Rusiya hərbçiləri tərəfindən dayandırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB