Ukrayna Silahlı Qüvvələrinin cənubda yeni uğurları məlum oldu
Düşmən helikopteri məhv edilib

Cənubda hadisələrin inkişafında təşəbbüsü Ukrayna Silahlı Qüvvələri tutur.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Cənub” əməliyyat komandanlığından bu gün günün yarısından olan vəziyyətin xülasəsində bildirilib.

“...Müdafiə Qüvvələri atəşə nəzarəti və hadisələrin inkişafında təşəbbüskarlığı əlində saxlayır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri 110-dan çox atəş missiyasını yerinə yetirib, Ukrayna aviasiyası müvəqqəti işğal olunmuş ərazilərdə düşmənin hava hücumundan müdafiə sistemlərinə də daxil olmaqla 2 zərbə endirib.

Eyni zamanda, Xerson vilayətində işğalçılar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə aviazərbələr endirməyə çalışsalar da, düşmən helikopteri məhv edilib. Verilən məlumatlarda düşmənin son itkilərini araşdırdığı bildirilir.

Ukrayna saytlarının yazdığına görə, hazırda fəal şəkildə müdafiə olunan ruslar, işğal etdikləri xətləri saxlamağa çalışırlar.

Həmçinin, işğalçılar aviasiya, raket və artilleriya silahlarından və minaatanlardan istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini və cəbhəyə bitişik ərazi icmalarını atəşə tutmaq praktikasını davam etdirirlər.

Ötən gecə Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Nikolaev vilayəti üzərində 6, Xerson üzərində 2, Dnepropetrovskın cənubunda isə 5 pilotsuz təyyarə vurulub.

Bunu da Ukrayna saytları yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə