...Buna görə də məhbus və hərbi təcrübəsi olmayan insanları müharibəyə səfərbər etmək məcburiyyətində qalıblar
Rusiya ordusu artıq tükənib..?

Rusiya hərbi-sənaye kompleksi Ukraynadakı əməliyyatlar üçün lazım olan “kritik” silahların istehsalı və saxlanması üçün mübarizə aparır. Səbəb Rusiyanı mikroelektronikaya çıxışdan məhrum edən beynəlxalq sanksiyalardır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xəzinədarlıq katibinin müavini Uolli Adeymo bildirib.

Adeyomonun dediyinə görə, bu gün hərbi-sənaye kompleksi üçün vacib olan mikroelektronikadan məhrum olan Rusiya və rəsmiləri onların kifayət qədər xarici komponentlərə malik olmamasından narahatdırlar.

Bu səbəbdən amerikalı rəsmi qeyd edib ki, Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından ikisi istehsalını müvəqqəti dayandırıb.

Amma maraqlıdır ki, amerikalı səlahiyyətli sözügedən şirkətlərin adını demir.

...Deyilənlərə görə, müharibə başlayandan bəri Rusiya ordusu 6000 texnika itirib. Belə ki, sursat doldurula biləndən daha tez tükənir.

Qeyd edək ki, bu barədə Ağ Evin məxfilikdən çıxarılmış hesabatında deyilir. Sənəddə həmçinin deyilir ki, Rusiya hələ may ayında texnika və silah çatışmazlığı yaşamağa başlayıb ...və digər dövlətlərin müdafiə sifarişlərinin yerinə yetirilməsi ilə bağlı problemlər yaranıb.

...Burada söhbət təkcə yüksək texnologiyalı komponentlərdən deyil, həm də rulmanlar kimi sadə detallardan gedir. Buna görə də tankların, təyyarələrin və digər avadanlıqların təmiri çətindir.

...Bu da Amerika hesabatında deyilir.

Xatırladaq ki, hələ bir müddət bundan əvvəl Britaniya kəşfiyyatı Rusiyada sursat çatışmazlığı barədə məlumat vermişdi.

Belə ki, Britaniya kəşfiyyat xidmətinin GCHQ rəhbəri Djeremi Fleminq BBC-nin efirində Rusiya ordusunun tükənib və buna görə də məhbus və hərbi təcrübəsi olmayan insanları müharibəyə səfərbər etmək məcburiyyətində qaldığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə