ABŞ-ın “ən böyük düşməni”...

ABŞ-ın “ən böyük düşməni”...

Hərbi ekspert Makkenzi İqlen “19Fortyfive” portalı üçün yazdığı məqaləsində, ABŞ-ın əsas “düşmən”inin nə Çin, nə Rusiya, nə də İran olmadığını yazıb. Onun dediyinə görə, ABŞ-ın “ən böyük düşməni”... xroniki çağırış çatışmazlığıdır.

Makkenzi İqlen, Birləşmiş Ştatların Çin, İran, Rusiya, Şimali Koreya və bir çox başqa dövlətlər də daxil olmaqla çoxlu sayda rəqibləri olduğunu etiraf edir.

Amma, onun dediyinə görə, daxili “düşmən” Pentaqonun ən təhlükəli rəqibinə çevrilib. Ekspert qeyd edib ki, bu, “milləti qorumaq üçün işçi qüvvəsinin” daimi çatışmazlığıdır.

...Onun sözlərinə görə, çağırışçılarla bağlı böhran hələ də həll oluna bilmir. Bu il ABŞ Ordusu yeni döyüşçülər cəlb etmək məqsədinə çatmayıb, səfərbərlik planı cəmi 75 faiz yerinə yetirilib.

Hərbi ekspertin sözlərinə görə, bu tendensiya daim tükənən müxtəlif ordu xidmətlərinə çox mənfi təsir göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə