Bəs, Putin siyasətdə dostun olmadığını deyirdi...
“Səmimi dostlar..?”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə “həmişə buludsuz olmayan” münasibətlərin sirrini açıqlayıb.

SİA-nın BELTA-dan əldə etdiyi məlumata görə, Lukaşenko bunu Amerikanın NBC teleşirkətinə müsahibəsində bildirib.

...Prezident Putinlə şəxsi münasibətimizdən danışsaq, bu hər zaman belə buludsuz olmayıb. Yəni olub ki, mübahisələrimiz də, deyə Belarus prezidenti bildirib.

“...Eyni zamanda, biz “ən yaxın dostlar və etibarlı tərəfdaşlar kimi” olmuşuq”-deyən Lukaşenka əlavə edib ki, “heç kim Belarus və Rusiya prezidentləri arasında belə səviyyədə münasibətlərə malik deyil”.

Son zamanlar bu əlaqələr “yalnız gücləndi, möhkəmləndi”. Qeyd edək ki, bir qədər əvvəl Lukaşenko,.. əgər Vaşinqton istəsə, bir həftə ərzində Ukrayna böhranının sülh yolu ilə həlli ilə bağlı razılaşmağın mümkünlüyünü bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə