Ukraynanın baş naziri Denis Şmıxal Rusiya ordusunun atəşə tutmasından sonra ölkədə enerji təchizatı sisteminin bərpa olunduğunu açıqlayıb.
“...Biz enerji infrastrukturumuza hücumdan sonra bütün ölkə üzrə enerji təchizatını stabilləşdirə bilmişik. Məcburi istehlak məhdudiyyəti cədvəli artıq tətbiq edilmir. Hazırda enerji sistemimiz stabil işləyir”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Şmıxal bildirib.
Qeyd edək ki, o, çoxsaylı dağıntılar nəticəsində magistral şəbəkələrin tutumunun azaldığını da etiraf edib. Onun sözlərinə görə, hökumət infrastruktur obyektlərinin təmiri üçün Kiyevə 300 milyon qrivna (8,1 milyon dollar), Sumı vilayətlərinə isə 57 milyon qrivna (1,5 milyon dollar) ayırıb.
Xatırladaq ki, oktyabrın 10-da səhər saatlarında Rusiya hərbçiləri Ukraynanın ən böyük şəhərlərinə və demək olar ki, bütün rayon mərkəzlərinə azı 100 raket və pilotsuz təyyarə zərbəsi endirib.
Qeyd edilir ki, bu, fevralın 24-dən, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri ən böyük hücum olub.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski hazırda Rusiyanın ölkənin bütün ərazisini, o cümlədən enerji obyektlərini atəşə tutduğunu bildirib.
...Oktyabrın 11-də səhər saatlarında Vinnitsa vilayətində Ladıjinska İES iki kamikadze pilotsuz uçan aparatın hücumuna məruz qalıb. İstilik elektrik stansiyasına hücum nəticəsində onun elektrik avadanlığı sıradan çıxıb.
Oktyabrın 12-də Rusiya hərbçiləri Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərində enerji obyektlərinə hücum edib.
...Və u gün səhər Ukraynanın hər yerində hava hücumu barədə xəbərdarlıq verilib. Qeyd edək ki, bunu da bu gün səhər “RİA Novosti” yayıb.
“URA.RU” portalının məlumatına görə, Kiyev, eləcə də Lvov, Jitomir, Kiyev, Sumı və Çerkassı vilayətlərinin hakimiyyət orqanları sakinlərə təcili olaraq mülki müdafiə sığınacaqlarına getməyi tövsiyə edib.
Bu gün səhər saatlarında Krivoy Roqda səslənən partlayışlar barədə də məlumat yayılıb.
...Oktyabrın 10-da şəhərin meri Aleksandr Vilkul Krivoy Roqun qismən işıqsız və susuz qaldığını bildirsə də, yerli sakinləri sakit olmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB