Ruslar “Penisilin” artilleriya kəşfiyyat komplekslərindən istifadə edib

Ruslar “Penisilin” artilleriya kəşfiyyat komplekslərindən istifadə edib

Rusiya artilleriya kəşfiyyat sistemləri Ukraynada keçirilən xüsusi əməliyyatda, o cümlədən NATO artilleriyasına qarşı mübarizədə özünü yaxşı tərəfdən göstərib.

SİA bunu “RİA Novosti”yə istinadən xəbər verir.

Saytın yazdığına görə, bir neçə 1B76 “Penisilin” artilleriya kəşfiyyat sistemi Ukraynadakı döyüş şəraitində sınaqdan keçirilib.

“...Komplekslər əks-akkumulyator döyüşləri çərçivəsində yüksək effektivlik nümayiş etdirib”.

Bu saytın yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, kompleks artilleriya mövqelərinin kəşfiyyatı üçün nəzərdə tutulub. Onun köməyi ilə atışlardan və partlayışlardan yaranan akustik və termal dalğalar qeydə alınır.

Yeri gəlmişkən xatırladaq ki, bundan əvvəl Ukraynada fəaliyyət göstərən Rusiya ordusunun xüsusi təyinatlılarının ən son “Çukavin” snayper tüfənglərini aldığı bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə