Avropa İttifaqı (Aİ) oktyabrın 17-də Ukraynaya 500 milyon avroluq hərbi yardımın altıncı tranşını təsdiq edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək vəzifəli üzvü bildirib.
Tranşın Avropa Sülh Fondunun vəsaiti hesabına həyata keçiriləcəyi qeyd edilir.
Bu paketlə Aİ-nin Ukraynaya yardımı ümumilikdə 3,1 milyard avroya çatacaq. Əvvəlki tranşlarda olduğu kimi, silah tədarükü üzv dövlətlər tərəfindən təmin ediləcək. Yardım zamanı ukraynalıların ehtiyacları da nəzərə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB