Türkiyənin Bartın vilayətində yerləşən partlayış baş vermiş daş-kömür mədənində həyata keçirilən axtarış-xilasetmə işləri çevik şəkildə davam etdirilir. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan xilasetmə işlərini birbaşa nəzarətə götrüb. SİA xəbər verir ki, fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.
Türkiyə vaxtı ilə saat 21: 48-ə olan məlumata görə, mədəndən 20 işçi xilas edilərək xəstəxanaya yerləşdirilib.
Təəssüf ki, artıq itki də var. Bildirilir ki, mədəndə olanlardan ikisi həyatını itirib.
Axtarış-xilasetmə işləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB