Aİ viza liberallaşdırılması sazişinin ləğv ediləcəyini AÇIQLADI

Aİ viza liberallaşdırılması sazişinin ləğv ediləcəyini AÇIQLADI

Avropa İttifaqı Serbiya ilə viza liberallaşdırılması sazişinin qeyri-qanuni miqrasiya səbəbindən dayandırıla biləcəyini açıqlayıb. SİA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson Serbiyanın Aİ-yə qeyri-qanuni miqrasiyanın ciddi artımını dayandırmayacağı təqdirdə viza rejiminin liberallaşdırılması sazişinin dayandırıla biləcəyini bəyan edib.

Yohansson Lüksemburqda keçirilən Aİ ədliyyə və daxili işlər nazirlərinin toplantısının sonunda mətbuat konfransı keçirib. Nazirlərin artan miqrasiya vəziyyəti çərçivəsində xarici sərhədlərin idarə olunmasına diqqət yetirdiklərini ifadə edən Yohansson, Qərbi Balkan marşrutunda 3 qat daha çox nizamsız miqrant axınının müşahidə edildiyini bildirib. Aİ Komissiyasının sədri Ursula von der Lyayenin Serbiya prezidenti Aleksandar Vucic ilə əlaqə saxladığını ifadə edən Yohansson, "Serbiyanın viza siyasətini bizimkinə uyğunlaşdıracağı və tunislilərin, burundililərin və hindlilərin tranzitini dərhal dayandıracağına dair vədlər almışıq" dedi.

Aİ komissarı vurğulayıb ki, öhdəliklər yerinə yetirilməsə, Serbiya ilə viza rejiminin liberallaşdırılması sazişinin dayandırılması variantı nəzərdən keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə