Yunanıstana "miqrant böhranı" ilə mübarizə üçün 40 milyon avro dəstək!
İsveçrə tərəfindən "miqrant böhranı" ilə mübarizə üçün Yunanıstana 40 milyon avro veriləcək. SİA xəbər verir ki, İsveçrənin Avropa İttifaqının seçilmiş üzvlərinə verdiyi töhfə çərçivəsində Yunanıstanın miqrant böhranı ilə mübarizədə istifadə olunacaq 40 milyon avro maliyyə dəstəyi alacağı bildirilib.
Yunanıstan İmmiqrasiya və Sığınacaq Nazirliyindən verilən açıqlamada, nazir Notis Mitarakisin Lüksemburqda İsveçrənin ədliyyə və polis naziri Karin Keller-Sutter ilə görüşdüyü bildirilib. Görüş zamanı Yunanıstana immiqrasiya problemində dəstək olmaq üçün ikitərəfli çərçivə sazişinin imzalandığı qeyd edilib.
Açıqlamada, "İsveçrə Federasiyasının Aİ-nin seçilmiş ölkələrinə verdiyi töhfə çərçivəsində Yunanıstan miqrasiya böhranı ilə mübarizə ilə bağlı fəaliyyətləri həyata keçirmək üçün 40 milyon Avro maliyyə dəstəyi alacaq" deyə, bəyanatda bildirilib.
Müqavilə əsasında miqrantların mehmanxanalarının və sığınacaq xidmətlərinin təkmilləşdirilməsi, miqrantların öz mənşə ölkəsinə könüllü qayıtmasına dəstək verilməsi, rəsmi olaraq tanınan qaçqınların inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB