Aydın sahillәrindә 34 qaçqın da xilas edilib

Aydın sahillәrindә 34 qaçqın da xilas edilib

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyәnin Aydın şәhәrinin Kuşadası qәsәbәsindən Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 34 qaçqının xilas edildiyi bildirilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə