Fəxrəddin Altun əhəmiyyətli bəyanatlar verib

Fəxrəddin Altun əhəmiyyətli bəyanatlar verib

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin dünyanın hər bölgəsində sabitliyin bərqərar olmasına öz töhfəsini verdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Fəxrəddin Altun Kahramanmaraş şəhərində təşkil edilən VIII Beynəlxalq Kitab və Mədəniyyət Sərgisinin açılış mərasimində iştirak edib.
Mərasimdə açılış nitqi ilə çıxış edən Fəxrəddin Altun prezident Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi güclü liderliyə və Türkiyənin beynəlxalq siyasətdəki uğurlarına toxunub.

Ölkənin rifahının, əmin-amanlığının, müstəqilliyinin və inkişafının təmin edildiyini vurğulayan Altun deyib: “Bu, Türkiyəni beynəlxalq arenada regional cəhətdən güclü bir aktyora çevirdi”.

Türkiyənin dünyanın “həll olunmaz'' adlandırdığı taxıl böhranının həllində, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində, siyasi danışıqların davam etdirilməsində çox ciddi bir performans nümayiş etdirdiyini bildirən Fəxrəddin Altun deyib: ''Prezidentimizin liderliyi ilə Suriyadan Liviyaya, Afrikadan Ukraynaya kimi dünyanın hər bir bölgəsində sabitliyin bərqərar olmasına töhfə verməyə davam edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə