Tacikistan əsas strateji tərəfdaşı olan Rusiyanın maraqlarına hörmətlə yanaşır və ona görə də müraciətində hörmətlə yanaşmaq istər. Bununla əlaqədar o, Moskvanı Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmamağa çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tacikistan prezidenti Emoməli Rəhmon Astanada keçirilən Rusiya-Mərkəzi Asiya forumu zamanı deyib.
Qeyd edək ki, onun dediklərini RBC də sitat gətirib.
“...Biz 100-200 milyon deyilik. Ancaq bizə hörmət edilməsini istəyirik. Harada bir səhv etmişik? Haradasa salam verməmişik? Biz hər zaman əsas strateji tərəfdaşımızın maraqlarına hörmətlə yanaşmışıq. Ona görə də bizə hörmət edilməsini istəyirik... Vladimir Vladimiroviç, mən sizdən xahiş edirəm ki, Mərkəzi Asiya ölkələrinə qarşı keçmiş Sovet İttifaqı kimi siyasət aparmayın”, - deyə Rəhmon vurğulayıb.
Qeyd edək ki bir müddət əvvəl Tacikistan rəhbəri Putindən Tacikistanda keçirilən forumda iştirakını istəsə də, amma sonradan həmən tədbirə rusiyalı deputatlar qatılmışdı.
Xatırladaq ki, burada söhbət təbii ki, sentyabrın 15-də Düşənbədə keçirilən “Tacikistan-Rusiya” Beynəlxalq İnvestisiya Forumundan gedir
Onu da xatırladaq ki, həmən tədbirə Rusiyadan İqtisadi İnkişaf Nazirliyinin rəis müavini Dmitri Volvaç qatılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB