''Türkiyə üzərindən Avropaya 63 milyard kubmetr təbii qaz ixrac edilə bilər''

''Türkiyə üzərindən Avropaya 63 milyard kubmetr təbii qaz ixrac edilə bilər''

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Türkiyə üzərindən Avropaya 63 milyard kubmetr təbii qaz ixrac edilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Aleksandr Novak paytaxt Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” forumu çərçivəsində verdiyi açıqlamada Türkiye ilə Rusiyanın enerji sahəsində son dərəcə yaxşı əlaqələrinin olduğunu bildirib.

Novak deyib: "Türk axını layihəsinin gücü 31,5 milyard kubmetrdir. Xəttlərdən biri digər ölkələrə ixrac həyata keçirmək üçündür".

Aleksandr Novak bildirib ki, Aİ-Türkiyə sərhədində təbii qaz paylama mərkəzinini yaradılması məsələsini qiymətləndirməliyik. Əgər belə bir ehtiyac varsa və bütün tərəflər maraq göstərsə, hesab edirəm ki, belə bir layihəni qiymətləndirmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə