Roma Papası və Patriarx Kirill görüşə bilər...

Roma Papası və Patriarx Kirill görüşə bilər...

Roma Papası Fransisk və Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Monteneqroda görüş keçirə bilər.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun baş naziri Dritan Abazoviç Vatikana səfərindən sonra bildirib.

“...Bizim başqa ölkələrlə rəqabət aparan böyük iqtisadiyyatımız yoxdur. Biz pravoslav ölkəyik, lakin biz dialoq ruhu ilə doluyuq. Beləliklə, biz Roma Papasının digər dünya dini liderləri ilə mühüm görüşlər təşkil edə biləcəyi bir ölkə ola bilərik”-deyən Abazoviç Fransisklə Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill arasında görüş təşkil etməyə çalışmağı təklif edib.

Xatırladaq ki, oktyabrın 12-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin Roma Papası Fransisk və Moskvanın və bütün Rusiyanın patriarxı Kirill arasında mümkün görüş təşkil etmək üçün “qapılar açıq qalır və dialoq davam edir” deyə bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə